Trampın Ağ Evdə Netanyahu ilə görüşü baş tuta bilər

19:02 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş gələn həftə Oval Ofisdə baş tuta bilər.

Hafta.az xəbər verir ki, bu barədə “Axios” hər iki ölkədən rəsmi mənbəyə istinadən yazıb.

Mənbələr bildirir ki, görüş barədə müzakirələr aparılır. Netanyahunun iyulun 28-də Lindsi Qremin Kapitoli təpəsində və Milli Katedralda keçiriləcək dəfn mərasimlərində iştirak etmək üçün Vaşinqtona getməyi planlaşdırdığı da deyilir.