Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Dəmiryol Muzeyinə giriş biletlərinin qiyməti endirilib.
Hafta.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Bildirilib ki, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50 faiz endirimlə 5 manat, məktəblilər üçün isə 2 manat müəyyən edilib. Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş ödənişsiz olacaq.
Qeyd edək ki, Azərbaycan Dəmiryol Muzeyi ölkənin dəmiryol tarixini və irsini əks etdirən eksponatların nümayiş olunduğu mədəniyyət məkanlarından biridir.