İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün vahid risk platforması yaradılıb - DGK sədri

15:24 26.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Aparılan islahatların bir məqsədi var, Azərbaycanın iqtisadi inkişafının davam etdirlməsi, iqtisadiyyatımızın şaxələndirilməsidir. Aparılan islahatlar uğurla davam etdirilir".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlər üçün təşkil edilən brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

DGK sədri bildirib ki, sərhəd məntəqələrinin gündəlik tutumu hazırda 450-600 nəqliyyat vasitəsinə çatdırılıb:

"İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün vahid risk platforması yaradılıb. Kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Bunun nəticəsidir ki, əvvəlki illərlə müqayisədə iki milyard manatdan artıq vəsait köçürülüb".

Komitə sədrinin sözlərinə görə, vahid uçot sisteminin yaradılması üçün əməli addımlar atılıb. Səfər Mehdiyev onu da vurğulayıb ki, 7 aydır ki, informasiya texnologiyalarının strukturu yenidən qurulur.