“İki həftə ərzində Ərdoğanın Azərbaycana səfəri gözlənilir”

12:50 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

  O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir. Texniki uçuş sınaqları həyata keçirilir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı üçün səfəri isə iki həftə ərzində gözlənilir”.

Oxunma sayı 1569
Siyasət rubrikasından digər xəbərlər