Yazını böyüt
Yazını kiçilt
ABŞ Senatı Prezident Donald Trampın İranla münaqişə zamanı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsinin əleyhinə səs verib.
Hafta.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Məlumata görə, səsvermədə 49 senator qətnamənin əleyhinə, 47 senator isə lehinə çıxıb.
Merilend ştatından demokrat senator Kris Van Hollen tərəfindən təqdim olunan sənəddə Konqresin xüsusi icazəsi olmadan ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirakının dayandırılması təklif edilirdi.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası da prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran oxşar qətnaməni qəbul edib. Müzakirələr əsasən prezidentin Konqresin razılığı olmadan uzunmüddətli hərbi əməliyyat aparmaq səlahiyyəti ilə bağlıdır.