Dövlət qulluğu imtahanları nüfuzdan düşə bilər"
Dövlət qulluğu imtahanından uğurla keçən, lakin illərlə iş tapa bilməyən gənclərlə bağlı yeni yanaşmanın tətbiqi təklif olunur.
Hafta.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev çıxış edib. Deputat bildirib ki, dövlət qulluğu imtahanları gənclərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək məqsədi daşısa da, imtahandan sonrakı mərhələdə bir çox namizəd ciddi problemlərlə üzləşir. O, vurğulayıb ki, yüzlərlə gənc dövlət qulluğu imtahanından uğurla keçərək sertifikat alsa da, həmin sertifikatın qüvvədə olduğu müddətdə iş tapa bilmir.
“Bu insanlar bir vakansiyadan digərinə müraciət edir, müsahibələrdə iştirak edir, amma dəfələrlə uğursuz hesab olunurlar. Cəmiyyətdə də haqlı sual yaranır: əgər şəxs dövlətin keçirdiyi imtahandan uğurla keçibsə və peşəkar hazırlığını sübut edibsə, niyə illərlə iş tapa bilmir?”, - deputat narahatlığını ifadə edib.
Razi Nurullayev hesab edir ki, əsas narahatlıq müsahibə mərhələsində mümkün subyektiv yanaşmalarla bağlıdır:
Razi Nurullayev sertifikat əldə etmiş şəxslərlə bağlı yeni mexanizmlərin tətbiqini təklif edib:
“Təklif edirəm ki, dövlət qulluğu imtahanından uğurla keçmiş və sertifikat əldə etmiş şəxslərin sertifikat aldıqları tarixdən sonrakı altı ay ərzində işlə təmin olunması istiqamətində hüquqi mexanizmlər yaradılsın. Ən azı bu şəxslər ehtiyat kadr bazası vasitəsilə vakant vəzifələrə prioritet qaydada yerləşdirilməlidirlər. Məqsəd yalnız imtahan keçirmək deyil, bilikli və motivasiyalı gənclərin dövlət idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Əgər eyni problem yüzlərlə insan üçün təkrarlanırsa, bu artıq ayrı-ayrı şəxslərin deyil, sistemin təhlil edilməsini tələb edən ciddi siqnaldır”.