İşdən çıxarılan generalın yerinə TƏYİNAT

11:55 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Hafta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun müfaviq əmri ilə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsini uzun müddət Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubov idarə edib.