İnstaqramda yaşı gizlətmək mümkün olmayacaq

14:06 24.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Instagram sosial şəbəkəsi istifadəçilərin yaşını yoxlamaq məqsədilə üç yeni funksiyanı sınaqdan keçirir.

 

Hafta.az xəbər verir ki, Meta şirkəti istifadəçilərin yaşını yoxlamaq üçün şəxsiyyətini təsdiq edən sənədlərin onlayn yükləmək seçimlərindən əlavə video-selfi funksiyasını hazırlayıb.

 

Instagram istifadəçilərin məxfiliyini təmin etmək üçün yaşın onlayn yoxlanılması üzrə ixtisaslaşmış Yoti şirkəti ilə əməkdaşlıq etdiyini açıqlayıb. Yoti texnologiyası üz xüsusiyyətlərinə əsasən istifadəçinin yaşını təxmin edəcək.

 

Instagram bəyan edib ki, həm Meta, həm də Yoti yaş təsdiqləndikdən sonra istifadəçinin şəklini öz bazasından siləcək.

 

Üçüncü funksiya insanların istifadəçinin yaşını təsdiqləmək üçün üç qarşılıqlı izləyici seçməsidir və zəmanət verən şəxsin yaşı 18-dən çox olmalıdır.

 

“İstifadəçinin yeniyetmə olduğunu bildiyimiz zaman biz onlara öz yaşlarını təsdiq etmək üçün seçimlər təqdim edəcəyik. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrə qoşulmasına, tanımadıqları böyüklər ilə arzuolunmaz əlaqənin yaranmasına mane olacaq və reklamçıların onlarla əlaqə saxlamaq imkanlarını məhdudlaşdıracaq”, - deyə Meta-nın məlumatların idarə edilməsi üzrə direktoru Erika Finkle qeyd edib.

Oxunma sayı 178
Gündəm rubrikasından digər xəbərlər