İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani Səudiyyə Ərəbistanı və üç körfəz ölkəsi ilə ortaq dəniz qüvvələri yaratmaq planlarının olduğunu bildirib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, İrani Səudiyyə Ərəbistanından başqa digər 3 körfəz ölkəsi, eləcə də Hindistan və Pakistanın da ortaq ittifaqa qoşulacağını bildirib. O həmçinin "Region ölkələri bu gün anladılar ki, yalnız bir-biri ilə əməkdaşlıq bölgəyə təhlükəsizlik gətirəcək" deyib.
İrani yaxın vaxtlarda qurulması gözlənilən ittifaqa Səudiyyə Ərəbistanından başqa Körfəzsahili hansı ölkələrin daxil olacağına dair heç nə deməyib və ittifaqla bağlı əlavə məlumat verməyib. Eləcə də, İranın alyansa qoşulacağını bildirdiyi ölkələrdən də məsələ ilə bağlı hələlik reaksiya yoxdur.