İranda zəlzələ olub

10:45 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Fars vilayətinin Məhməleh bölgəsində 4,5 gücündə zəlzələ baş verib.

Hafta.az Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ səhər saat:00:04 radələrində yerin 8 kilometr dərinliyinə baş verib. Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat verilmir.

Oxunma sayı 2867