İran regionda coğrafi sərhədlərdə heç bir dəyişiklik qəbul etmir, bu, Tehranın prinsipial siyasətidir.
Hafta.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusu Baş Komandanının müavini, briqada generalı Əli Fədavi deyib.
O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla ortaq şimal sərhədlərində keçirdiyi son təlimlərdən danışaraq qeyd edib ki, İran regionda coğrafi sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmir. “Ölkələr (Ermənistan və Azərbaycan - red.) arasında sərhəd mübahisəsi regionun coğrafiyasının dəyişməsinə səbəb olmamalıdır. Bu, mühüm məsələdir və biz bu məsələdə israrlıyıq”, – Fədavi bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan və Türkiyə ordusunun ölkənin cənub sərhəddi boyunca genişmiqyaslı təlimləri keçirilib. Ekspertlər də bildirir ki, iranlı generallar nə qədər boş bəyanatlar versələr də, Azərbaycan-Türkiyə hərbi ittifaqına qarşı ölkərənin aciz durumda olduqlarını çox yaxşı anlayırlar.