İrəvanda silahlı insident - Xüsusi təyinatlılar işə qarışdı

19:52 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirildiyi bir zamanda İrəvanın Gülbenkyan küçəsində silahlı insident baş verib.

“Sputnik” xəbər verir ki, naməlum kişi odlu silahdan istifadə edərək öz evinin pəncərəsindən küçəyə atəş açıb.

Hadisə ilə bağlı qeyd olunan ünvana xüsusi təyinatlılar yeridilib.

Asayiş pozuçusunun zərərsizləşdirildiyi və saxlanılaraq polis şöbəsinə aparıldığı bildirilib.

Oxunma sayı 5326