İsrail və İranın hərbi gücü AÇIQLANDI - KİM ÖNDƏDİR?

14:47 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın “Globalfire” müharibə jurnalı İran və İsrail orduları arasındakı güc fərqini müqayisə edib.

İllərdir dünya dövlətləri tərəfindən ağır embarqoya məruz qalan İranın 600 min fəal hərbi qulluqçusu var. Müharibə zamanı ölkənin silahlanacağı kişilərin sayı təxminən 50 milyondur. İranda əsasən Rusiya istehsalı olan ümumilikdə 551 təyyarə və helikopter var. Ölkədə həmçinin 2 minə yaxın tank, 19 sualtı qayıq və 7 döyüş gəmisi var. Tehran rəhbərliyi 2024-cü il üçün orduya təxminən 9 milyard dollar büdcə ayırıb. İran ordusu dünyada 14-cü yerdədir. İran həmçinin keçən fevral ayında iki yeni yerli hava hücumundan müdafiə sistemini, “Arman” anti-ballistik raket sistemini və “Azarakesh” aşağı hündürlükdə hava hücumundan müdafiə sistemini təqdim edib.

Üstəlik, İranın regionda bir milyona çatan müxtəlif proksi qüvvələri var. Hizbullah, husilər və müxtəlif döyüşçülərin İran tərəfindən dəstəkləndiyi məlumdur. Bu qruplaşmalardan ən önəmlisi Yəməndəki husilərdir. 100 min nəfərdən çox ordusu olan husilərin inventarında paytaxt Sənadan minlərlə kilometr uzaqlıqda ballistik raketlər, silahlı pilotsuz uçuş aparatları və hətta İsraili vura biləcək döyüş təyyarələri var.

Oktyabr ayından müharibə vəziyyətində olan İsrail 24 milyard dollarlıq büdcə ilə dünyada 17-ci yerdədir. 526 min hərbi qulluqçusu olan Təl-Əvivin xüsusi tapşırıqlar üçün istifadə edilən 241 döyüş təyyarəsi, 146 helikopter, 12 nəqliyyat təyyarəsi var. İsrail ordusunda ümumilikdə 1370 tank və 43 mindən çox zirehli texnika var. İsrail donanması patrul gəmiləri və sualtı qayıqlardan ibarətdir.

İsrailin bölgədə heç bir proxy gücü yoxdur, lakin Təl-Əviv demək olar ki, bütün qərb ölkələri, xüsusən də ABŞ ilə müttəfiqdir. Bu ittifaq sayəsində İsrail ordusu F-35 kimi ən son model təyyarə və müdafiə sistemlərinə sahibdir. Digər tərəfdən, İran qanadı yeraltı və yerüstü sərvətlərə görə İsraildən irəlidə görünür.

Oxunma sayı 584