ABŞ bu həftə Ukraynaya yeni yardım paketini açıqlayacaq

10:10 14.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu həftə ABŞ Ukraynaya yeni yardım paketini açıqlayacaq. Bu barədə “Politico” qəzeti Ukrayna hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda F-16 qırıcı təyyarələri və ya uzaq mənzilli raketlər bu paketdə olmayacaq.

Nəşrin məlumatına görə, Pentaqonda keçirilən son görüşlərdə ABŞ rəsmiləri Kiyev nümayəndələrinə bildiriblər ki, ATACMS ballistik raketlərinin Şərqi Avropadakı döyüş meydanına ötürülməsi ABŞ-ın ehtiyatlarını azaldacaq və ABŞ ordusunun gələcək münaqişələrə hazırlığına xələl gətirəcək.

Qeyd olunur ki, yeni tədarüklərdə əsas diqqət sursat, hava hücumundan müdafiə sistemləri (AD) və ehtiyat hissələri olacaq.