ABŞ bu qalmaqaldan sarsılır

13:13 10.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Bayden ofisindən çıxan məxfi sənədlərlə problem yaşayır. Qısa müddətdə ölkədə zəlzələ effekti yaradan olaydan sonra Ağ Evdən etiraf kimi bir açıqlama gəlib və Ədliyyə Nazirliyinin hərəkətə keçdiyi ortaya çıxıb.

ABŞ-da gündəm prezident Co Baydendir... ABŞ prezidenti Co Bayden bu dəfə məxfi sənədlərlə dərddədir. Bağlı kabinetdə tapılan sənədlər tezliklə dünyanın bir nömrəli gündəm maddəsinə çevrilib.

Ölkə mətbuatında çıxan xəbərlərə görə, məxfi sənədlər Baydenin keçmiş şəxsi ofisində tapılıb. Sənədlərin prezidentin 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi kabinetdə “bağlı kabinetdə” tapıldığı bildirilir.

Yəni sözügedən sənədlər Obama dövrünə aiddir.

ABŞ Ədliyyə Departamenti prezidentin keçmiş institutunun Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri yoxlayır, Ağ Evin bəyanatında deyilir.

Prezidentin xüsusi müşaviri Riçard Sauber etiraf kimi səslənən bəyanatla çıxış edib. Sauber qeyd edib ki, 'məxfi məlumatları ehtiva edən bir neçə sənəd var'.

Sauber qeyd edib ki, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və ştatın milli arxiv agentlikləri ilə əlaqə saxlayıb.

Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığı da daxil olan məlumatlar arasındadır. Bayden ötən müddətdə iqamətgahından gizli sənədləri olan Trampı məsuliyyətsizlikdə ittiham edib.
İndi ABŞ bunun məsuliyyətsizlikdən, yoxsa unutqanlıqdan qaynaqlandığını müzakirə edir.

Dünyanın ən yaşlı prezidentlərindən biri olan 79 yaşlı Baydenin səhhəti əvvəllər də dəfələrlə ABŞ gündəmində müzakirə mövzusu olub.