ABŞ Konqresinin ən azı iki nümayəndəsi Braziliyada baş verən iğtişaşlar fonunda prezident Co Baydeni keçmiş Braziliya prezidenti Jair Bolsonaronu ölkədən qovmağa çağırıb. Bu barədə CNN məlumat yayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Joaquin Castro Bolsonaronun “avtoritar lider” olduğunu və guya yanvarın 8-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın “yerli terrorçuları hakimiyyəti öz əllərinə almağa sövq etmək” üsullarından istifadə etdiyini bildirib.
“İndi Bolsonaro Floridada, Trampın yanındadır. Onun Braziliyaya ekstradisiyasına ehtiyac var. Onun korrupsiyada təhqiqat aparıldığı və ABŞ-a uçduğu bildirildi... O, təhlükəli insandır, onu vətəninə, Braziliyaya geri göndərmək lazımdır”, - deyə Kastro bildirib.
Öz növbəsində konqresmen Alexandria Ocasio-Cortez Braziliyada baş verənlərə reaksiya verərək bildirib ki, ABŞ “Floridada Bolsonaroya sığınacaq verməyi dayandırmalıdır”.