ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) 2022-ci ildə ələ keçirilən narkotiklərin miqdarını açıqlayıb. Müvafiq olaraq, ABŞ-da son bir ildə 50,6 milyon fentanil əlavə edilmiş, saxta resept həbləri və 4,5 tondan çox fentanil tozunun ələ keçirildiyi bildirilib. Bildirilib ki, bu il müsadirə edilən fentanil tərkibli həblərin sayı ötən illə müqayisədə 2 dəfə çox olub.
Müsadirə edilən fentalinin miqdarının 379 milyondan çox ölümcül doza olduğunu ifadə edən DEA, bu il 60 ton metamfetamin, 2 tona yaxın heroin və 200 tondan çox kokainin ələ keçirildiyini də açıqlayıb.
Tədqiqatlar 2022-ci ildə fentanil əlavə edilmiş 10 saxta resept həbindən 6-nın ölümcül dozada fentanil ehtiva etdiyini ortaya qoyub.
DEA direktoru Anne Milgram verdiyi açıqlamada, bu il bütün amerikalıları öldürmək üçün kifayət qədər fentanil ələ keçirildiyini söyləyib. "DEA-nın əsas əməliyyat prioriteti amerikalıları öldürən fentanildən məsul olan Meksika Sinaloa və Jalisco narkotik kartellərinə qarşı mübarizə aparmaqdır" deyib Milgram.
DEA-nın bəyanatına görə, Sinaloa və Jalisco kartelləri tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilən fentanilin böyük hissəsi Meksikadakı gizli müəssisələrdə, əsasən Çindən gətirilən kimyəvi maddələrlə birlikdə kütləvi istehsal olunur.