ABŞ-da hərbi bazaların adları dəyişdirilir - SƏBƏB

12:07 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə nazirinin satınalma üzrə müşaviri Uilyam LaPlante Müdafiə Nazirliyinin bütün təşkilatlarına Adlandırma Komissiyasının tövsiyələrinin “tam icrasına başlamağa” dair göstəriş verib. Hafta.az bildirir ki, bu barədə The Hill yazır.

Nəşrin məlumatına görə, Pentaqona 2024-cü il yanvarın 1-dək Konfederasiya generallarının adını daşıyan hərbi bazaların adlarını dəyişmək vaxtı var. Bunlar Şimali Karolinada Fort Bragg, Corciyada Fort Benninq və Fort Qordon, Virciniyada Fort Li, Fort Hill və Fort Pickett, Texasda Fort Hud, Luizianada Fort Polk və Alabamada Fort Rukerdir.

Bundan əlavə, Amerika Birləşmiş Ştatlarında və xaricdə Amerika Konfederativ Dövlətlərini şərəfləndirən və ya xatırladan 1100-dən çox küçə, məktəb və binaların, simvolların, abidələrin və atributların adının dəyişdirilməsi planlaşdırılır.