ABŞ Ermənistana silah satmaq imkanını nəzərdən keçirir - Erməni lobbisi

11:36 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Konqresinin sədri Nensi Pelosinin Ermənistana səfəri və orada reallıqlardan kənar açıqlamaları ilə yanaşı bir məqam xüsusi olaraq qabardıldı. Vaşinqtonun Ermənistanı silahlandırması ilə bağlı bəyanatlar artıq ABŞ siyasi dairələrində müzakirəyə çıxarılır.

Xüsusilə də, bu məsələdə Amerikadakı erməni lobbisi xüsusi canfəşanlıq göstərir.

Hafta.az erməni mətbuatına istinadla bildirir ki, sözügedən məsələ ilə bağlı Amerika Erməni Milli Komitəsi bəyanat yayıb.

"ABŞ Azərbaycana qarşı özünü müdafiə etmək üçün Amerika silahlarını Ermənistana satmağı düşünür. 1991-ci ildə Ermənistanın müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, amerikalı siyasətçilər - Konqresdə daimi ikitərəfli təzyiq altında qalan Ermənistana özünü müdafiə etmək üçün Amerika silahlarını satmağı düşünürlər”, - ANCA bildirib.

Oxunma sayı 1383
Gündəm rubrikasından digər xəbərlər