Yazını böyüt
Yazını kiçilt
ABŞ bu ölkəyə ağır zirehli maşınların təhvil verilməsi qərarına baxmayaraq, hələlik Ukraynaya “Abrams” tanklarını göndərmək fikrində deyil. Hafta.az bildirir ki, bu barədə “The Washington Post” yazır .
Nəşrin ekspertlərinin fikrincə, bu tankların çəkisi 55 tondur və çox böyük sürətlə yanacaq sərf edən qaz turbinli mühərrikə əsaslanır.
Məqalədə deyilir ki, Abrams həm də “sınmağa meyllidir və geniş xidmət təcrübəsi tələb edir”.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib ki, əlavə HIMARS çoxlu buraxılış raket sistemləri (MLRS) ABŞ-ın Ukraynaya müntəzəm hərbi yardım paketlərinə daxil edilə bilər.