Yazını böyüt
Yazını kiçilt
Ötən gecə ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə məruz qalıb.
Bağdad yaxınlığında yerləşən hərbi bazaya iki raket atılıb. Nəticədə hərbi bazadakı bəzi tikililərə ziyan dəyib. Atəş zamanı bazada olan ABŞ əsgərlərdən heç kim xəsarət almayıb.
İraqın xüsusi xidmət orqanları dərhal hadisə yerinə gəliblər. ABŞ və İraq mütəxəssisləri birgə araşdırma aparırlar.
Cari ildə ABŞ-ın İraqdakı hərbi bazalarına və səfirliyinə bir neçə dəfə hücum olub.