ABŞ-ın neft ehtiyyatları artıb 

11:16 25.06.2020
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının xam neft ehtiyatları artır.

Hafta.az yazır ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,4 milyon barrel (0,3 faiz) artaraq 540,7 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 300 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,2 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da 2 milyon barrel (0,3 faiz) artaraq 653,7 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,7 milyon barrel (0,7 faiz) azalaraq 255,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,7 milyon barrel azalmışdı.