ABŞ-ın üç ştatında karantin qaydaları yumşaldılıb

13:32 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın bəzi ştatlarında karantin məhdudiyyətləri yumşaldılıb.

Corcia və Oklahoma ştatlarında bovlinq zalları, bərbərxanalar və SPA mərkəzlərinin açılmasına icaza verilib. Həmçinin Alyaskadakı restoran və pərakəndə satış yerlərində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Məlumata əsasən, üç əyalətdə açılan mağaza və restoranlara gedən müştərilərin sosial məsafə qaydasına əməl etmələri gözlənilir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və xəstəlikdən ölüm halına görə ilk yerdədir.