ABŞ inflyasiya ilə mübarizədə irəliləyiş əldə edib

20:29 13.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da inflyasiya ilə mübarizə sentyabr ayında irəliləyiş əldə etdi, avqustda bu sahədə imzalanan qanun sığorta haqlarının azaldılmasına və yaşlılar üçün dərmanların qiymətlərinin aşağı salınmasına kömək edir. Bu barədə cümə axşamı Ağ Evin bəyanatında ABŞ prezidenti Co Bayden bildirib.

"Bugünkü hesabat qiymət artımına qarşı mübarizədə müəyyən irəliləyiş olduğunu göstərir, lakin bizim hələ çox işimiz var", - o bildirib. "Lakin bu irəliləyişlə belə, qiymətlər hələ də çox yüksəkdir. Dünya ölkələrinə və ölkəmizdə işləyən ailələrə təsir edən qlobal inflyasiya ilə mübarizə mənim əsas prioritetimdir", - o əlavə edib.