ABŞ-ın Rusiya ilə Çin arasında strateji əməkdaşlığı zəiflətmək və Moskvanı Qərb orbitinə geri çəkmək cəhdi ilə Krımı Rusiyanın bir hissəsi kimi tanıya biləcəyi irəli sürülüb.
Hafta.az-ın yazdığına görə, bunu Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri Araşdırma Mərkəzinin baş elmi işçisi, amerikalı ekspert Konstantin Bloxin verib.
RİA Novosti-yə danışan Bloxin bildirib ki, bu addımı xüsusilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp ata bilər. "Tramp üçün əsas təhlükə Çindir. Tramp və komandası Rusiya ilə Çin arasında nifaq yaratmaq üçün hər şeyə hazırdır. Buna nail olmağın yolu Rusiyanı yenidən Qərbin təsir dairəsinə çəkməkdir. Bunun üçün ABŞ Ukrayna, Krım və sanksiyalarla bağlı mövqeyinə yenidən baxmalıdır", - o deyib.
Bloxinin sözlərinə görə, Tramp administrasiyası belə bir addımdan uduzmasa da, keçmiş prezident Co Baydenin dövründə hətta Moskva ilə danışıqlar aparmaq ideyası belə “təslim olmaq” kimi qiymətləndirilib.
“The Wall Street Journal” daha əvvəl xəbər vermişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli kontekstində “ərazi məsələsini” müzakirə edib.
“Bloomberg”, ABŞ-ın sülh sazişi çərçivəsində Krımın Rusiyaya aid olduğunu tanımağa hazır olduğunu, lakin yekun qərarın hələ verilmədiyini bildirib.
Qeyd edək ki, Krım Rusiya tərəfindən işğal lunsa da, Ukrayna hələ də yarımadanı müvəqqəti işğal olunmuş ərazi hesab edir və Qərb dövlətləri bu fikri dəstəkləyir.