Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ABŞ Rusiyanı terrorizmin himayədarı kimi tanımayacaq, çünki bu, gərginliyin azaldılması yollarını tapmaqda beynəlxalq ictimaiyyətin əl-qolunu bağlayacaq.
“Biz bu məsələni nəzərdən keçirmişik və hələ də inanmırıq ki, belə bir tanınma Ukrayna kontekstində, müttəfiqlərimizin və tərəfdaşlarımızın ehtiyaclarına cavab verəcək”, - Kirbi bildirib.
Onun sözlərinə görə, QHT-lər belə bir tanınmanın Ukraynaya humanitar yardımın çatdırılmasını çətinləşdirəcəyini vurğulayırlar.
“Bundan başqa, açığını desək, bu, beynəlxalq ictimaiyyətin əl-qolunu bağlaya bilər”, - Kirbi vurğulayıb və qeyd edib ki, Ukrayna böhranı həll olunarsa, gərginliyin azaldılması yollarını tapmaqda çeviklik kontekstində belə bir tanınma uğursuz olacaq.