ABŞ Rusiyaya yeni səfir təyin etdiyini açıqlayıb

14:19 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud ABŞ-ın Rusiyadakı yeni səfirinin namizədliyinin yaxın gələcəkdə təsdiq oluna biləcəyinə ümid etdiyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz bunun təsdiqlənəcəyini düşünürük və ümid edirik ki, tezliklə onu burada görəcəyik. Və biz səfirliklərimizin yenidən tam heyətlə təmin olunacağı günü gözləyirik, baxmayaraq ki, o günün nə vaxt gələcəyini sizə deyə bilmərəm”, - Rud bildirib.

Xatırladaq ki, ABŞ-ın Rusiyadakı əvvəlki səfiri Con Sallivan öz işini sentyabrın əvvəlində başa vurub. O, xərçəng diaqnozu qoyulan həyat yoldaşının xəstəliyi ilə əlaqədar gözlənilmədən Moskvanı tərk edib. Sallivanın varisi gələnə qədər Rude ABŞ-ın Moskvadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərir.