ABŞ səfiri: “Türkiyənin F-35 proqramına qayıtmasının tək yolu budur”

14:35 23.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrak, Türkiyənin F-35 proqramına qayıtmasına yol açan S-400 böhranının həlli üçün konkret yol xəritəsi təqdim edib. Antalya Diplomatiya Forumu (ADF) 2026-dakı görüşlərindən sonra Barrak, sistemlərin mülkiyyətinin və funksionallığının ləğvi qeydiyyata alındıqdan sonra proqramın yenidən açıla biləcəyini vurğulayııb.

Hafta.az yazır ki, səfir Barrak, S-400 alışı və F-35 proqramından kənarlaşdırılması səbəbindən tətbiq edilən sanksiyaların ikitərəfli münasibətləri gərginləşdirdiyini bildirib. O, Rusiyanın bu vəziyyətdən faydalandığını qeyd edib və böhranın öhdəsindən gəlmək üçün Prezident Tramp və Prezident Ərdoğan arasındakı güclü münasibətlərin vacib olduğunu vurğulayıb. O, həll prosesinin Dövlət katibi Marko Rubionun apardığı incə diplomatiya yolu ilə bir neçə ay ərzində başa çatdırıla biləcəyini deyib.

Həll üçün hüquqi əsaslara toxunan Barrak, iştirakçılara 2020-ci il Milli Müdafiə Səlahiyyəti Qanununun (NDAA) 1245-ci maddəsini xatırladıb. Bildirib ki, Rusiyanın S-400 sisteminin mülkiyyətinə xitam verilməsinin təsdiqlənə bilən sübutuna ehtiyac var. O qeyd edib ki, ABŞ Müdafiə və Dövlət Departamentləri Konqresə "F-35 texnologiyasının təhlükə altında olmadığını" rəsmi olaraq təsdiqlədikdən sonra Türkiyənin F-35 ekosistemindəki rolu müəyyən edilə bilər.

Regional sabitliyə toxunan Barak bildirib ki, İsraillə Hizbullah arasında atəşkəs prosesləri kövrək olaraq qalır. O, Livanın suverenliyi və İsrailin təhlükəsizliyi üçün təsdiqlənə bilən bir yol xəritəsinə ehtiyac olduğunu iddia edib. "Güclü liderlik rejimlərinin" Yaxın Şərqdə sabitlik üçün fundamental strukturlar olduğunu bildirən Barak praqmatik əməkdaşlığın vacibliyini vurğulayıb.