ABŞ səfirliyi marafon idmançılarını təbrik etdi

21:06 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Azərbaycandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun idmançılarını təbrik edib.

Hafta.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

“ABŞ səfirliyi bu gün Bakı Marafonu yarışında iştirak edən idmançılara qoşulub. Bütün iştirakçıları təbrik edirik!”, - səfirliyin yaydığı məlumatda deyilir.

“Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. 2016-cı ildən təşkil edilən tədbir idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.