ABŞ Ukraynanı Rusiya ilə münaqişədə kritik məqamla bağlı xəbərdar edir - Washington Post

18:22 14.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“The Washington Post” rəsmilərə istinadən yazır ki, ABŞ rəsmiləri Ukraynaya döyüşlərdə daha fəal olmağa təzyiq edir.

Aydınlaşdırılır ki, Ağ Evin fikrincə, ABŞ və müttəfiqlərinin son vaxtlar göstərdiyi yardım sayəsində Ukrayna “münaqişənin gedişatını dəyişdirə” bilir.

Vaşinqton hesab edir ki, Ukraynadakı münaqişə hazırda kritik məqamdadır.

Eyni zamanda, Amerika lideri Co Baydenin administrasiyası hesab edir ki, gələcəkdə Konqresdən indiki qədər yardım istəmək çətin olacaq.

Daha əvvəl “The Washington Post” bildirmişdi ki, Ağ Ev Ukraynaya 10 milyard dollarlıq büdcə yardımının təsdiqlənməsi üzərində işləyir.

ABŞ administrasiyasının gələn həftə daha bir böyük hərbi yardım paketi və eyni vaxtda Kremlə qarşı daha çox sanksiyalar elan edəcəyi gözlənilir.