ABŞ Ukraynanın hərbi təlim proqramını genişləndirmək niyyətindədir

16:13 01.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ hakimiyyəti Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirməyi planlaşdırır, CNN məlumatlı mənbələrə istinadən xəbər verir.

Xüsusilə, proqram çərçivəsində təlim keçən Ukrayna hərbçilərinin sayının ayda 2,5 min nəfərə çatdırılması planlaşdırılır. Bundan əlavə, onlar daha mürəkkəb döyüş taktikaları, o cümlədən artilleriya dəstəyi ilə piyadaların manevrlərinin əlaqələndirilməsi üzrə təlim keçəcəklər.

Mənbələrdən birinin telekanala verdiyi məlumata görə, proqram Ukraynanın Polşada və ya Böyük Britaniyada aldığından "daha intensiv və hərtərəfli" təlimləri əhatə edir.

Hazırda təklif ABŞ administrasiyası tərəfindən idarələrarası yoxlama mərhələsindədir. Proqramın genişləndirilməsi təsdiq olunarsa, yeni rejimdə təlim ABŞ ordusunun Qrafenvöhrdəki (Almaniya) bazasında keçiriləcək.

Oxunma sayı 1475