ABŞ Ukraynaya “Stryker” zirehli transportyorlarının tədarükünü hazırlayır

13:08 10.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ştatlar Rusiyanın gözlənilən hücumuna hazırlıq məqsədilə Ukraynaya Stryker zirehli döyüş maşınlarının partiyasını göndərməyi düşünür. Bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası gələn həftənin sonunda yeni yardım paketini elan edə bilər. Yekun qərar hələ verilmədiyi üçün Stryker zirehli maşınlarının bu paketə daxil olub-olmayacağı hələ məlum deyil. Eyni zamanda qəzetin həmsöhbətləri vurğulayıblar ki, rəhbərlik bu zirehli transportyorları növbəti paketlə göndərə bilər.

Yanvarın əvvəlində ABŞ-ın Ukraynaya 50 Bradley döyüş maşını tədarük etmək niyyəti məlum olub. Müqayisə üçün qeyd edək ki, Stryker zirehli maşınları döyüşdə o qədər də effektiv deyil, lakin bəzi digər üstünlüklərə malikdir. Politico qeyd edir ki, Stryker Bradley-dən daha sakit hərəkət edir və həmçinin daha çox əsgər daşıya bilir.