Abşeron sakinindən 1 kq-dan çox heroin götürülüb

14:48 05.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotik vasitə ilə tutulmuş V.Məmmədovun Abşeron rayonunun Quşçuluq yaşayış sahəsindəki evindən 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş V.Məmmədovun ətrafında Yasamal RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Quşçuluq yaşayış sahəsindəki evindən 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.