Sərhəd bölgəsində PUA istehsalı zavodu tikəcəklər

10:24 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Latviya və Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə birgə müəssisə yaradacaqlar.

Hafta.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs məlumat verib. Onun sözlərinə görə, zavodun Rusiya və Belarusla sərhəd bölgəsində inşası həm regionda iqtisadi fəallığın artırılmasına, həm də təhlükəsizlik imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Baş nazir bildirib ki, belə bir müəssisə zərurət yarandıqda tutucu dronların operativ yerləşdirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Kiyevin Baltikyanı ölkələr ərazisindən pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırdığını iddia etmişdi.