“Uçuş ərəfəsində An 24 texniki yoxlanışdan keçirilib və yararlı olması barədə qərar verilib. Ancaq ya ciddi yoxlanılmayıb, ya da uçuş zamanı müəyyən texniki nasazlıqlar ortaya çıxıb. Burada hansısa qəsdin olması ehtimalı görünmür”.
Hafta.az-ın yazdığına görə, bunu siyasi analitik Abutalıb Səmədov Rusiyada mülki təyyarənin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Rusiya ərazisində baş verən təyyarə qəzası son 3 ayda 2-ci belə hadisədir. Qəzaya düşən təyyarə “Anqara” aviaşirkətinə məxsus An-24 -dür və 50 il istismarda olub. Bundan əvvəl, may ayında qəzaya uğrayan təyyarə isə 51 il istismarda olmuşdu.
A.Səmədov Azərbaycan mülki təyyarəsinin qəzaya düşməsi ilə An 24-ün qəzaya düşməsi səbəblərinin tamamilə fərqli olduğunu önə çəkib. Bildirib ki, AZAL-a məxsus mülki təyyarənin raketlə vurulduğu və burada günahkarların kim olduğu ortadadır. Onun sözlərinə görə, ilk anlarda buna qəza görüntüsü verməyə cəhdlər olsa da, mərmi izləri və vidogörüntülər su-qəst olduğunu təsdiq edib. Amma Rusiyanın An 24 təyyarəsi ilə bağlı yalnız qəzadan söhbət gedə bilər.

A.Səmədov eyni zamanda qeyd edib ki, əgər bu qəzada Ukrayna silahlı qüvvələrnin iştirakı olsaydı, Rusiya yüksək səslə bunu dünyaya car çəkərdi. Amma faktlar aydındır.
“Aradan 6 saatdan çox vaxt keçib. Hələlik iki versiya irəli sürülüb -texniki nasazlıq və ekipajın səhvə yol verməsi. Üçüncü səbəb kim havanın buludlu, yağışlı olması da göstərilir. Çünki təyyarə birinci dəfə enişə cəhd etsə də, əməliyyatı başa çatdıra bilməyib. İkinci cəhddə radalardan kənara çıxıb. Bu fakt onu göstərir ki, Rusiya hökuməti öz vətəndaşına heç bir dəyər-qiymət vermir. Əgər bundan əvvəlki qəza ciddi şəkildə araşdırılsaydı, qəza vəziyyətində olan təyyarələr istismardan çıxarılsaydı, yaxud “Anqara” şirkəti əvvəlki qəzaya görə məsuliyyətə cəlb olunsaydı, növbəti 49 nəfərin ölümünə səbəb olan belə faciə yaşanmazdı”, - siyasi analitik deyib.
A.Səmədova görə, Rusiyada baş verən son təyyarə qəzaları göstərir ki, Rusiyada ən dəyərsiz şey insan həyatıdır. Bu da Rusiya rəhbərliyinin öz vətəndaşına dəyərsiz yanaşmasının bariz nümnsidir.
“Rusiyanın aviaparkı kifayət qədər köhnəlib. Rusiya bütün diqqəti hərbi təyyarələrin istehsalına yönəltdiyi üçün mülki təyyarələrlə bağlı ciddi problemləri var. Bəzən bu səbəbədən də istismar müddəti ötmüş təyyarələrdən istifadəyə davam edirlər. Rusiya təyyarə parkı yenilənməli, daha təhlükəsz təyyarələr alınmalıdır. Əks halda bu cür qəzalar qaçılmazdır”, - analitik deyib.