ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək

12:26 25.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin 2020-ci il sentyabrın 30-da keçiriləcək iclasının gündəliyi məlum olub.

Hafta.az-ın məlumatına görə, iclasda “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.