Ağdamda minaya düşən sürücü ilə bağlı açıqlama

10:49 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

21 sentyabr 2021-ci ildə saat 1 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayev tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Bu barədə Ağdam Rayon Prokurorluğundan hafta.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.