Ağırlıqqaldırma üzrə millimizin Avropa çempionatı üçün heyəti bəlli olub

12:28 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Hafta.az xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Yarışda Tehran Məmmədov (60 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Əlməmmədov (79 kiloqram) və Əli Şükürlü (110 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-dan 26-dək təşkil olunacaq.