Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanıldı

16:00 26.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu RPŞ-yə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.