Aİ rəsmisi Bakıda baş verən partlayışla bağlı paylaşım edib

14:50 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram.

Hafta.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə paylaşım edib.

"Dualarımızla bu faciədən əziyyət çəkənlərin yanındayıq", - Mixalko qeyd edib.