Aktiv xəstə sayı azalır - Bu günün statistikası

16:50 24.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1128 yeni yoluxma faktı qeydə alınıb, 2590 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 21 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 478715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 446643 nəfər müalicə olunaraq sağalıb, 6415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11505, hazırkı dövrədək isə 4802229 test aparılıb.

Oxunma sayı 26