Albaniya “Bayraktar” pilotsuz təyyarələrini aldığını açıqlayıb

13:31 09.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Albaniyanın müdafiə naziri Niko Pelesi bildirib ki, ölkə Türkiyənin üç “Bayraktar TB2” pilotsuz uçan aparatı almaqla hərbi potensialını artırıb. Bu barədə Euractiv.com xəbər verir.

“Siz bizim Hərbi Hava Qüvvələrimizi müasir və yüksək effektiv potensialla zənginləşdirməyə qərar verdiniz”, - deyə nazir nəşrdən sitat gətirib.

Peleşi qeyd edib ki, Bayraktar almaq qərarını başqa şeylərlə yanaşı, Ukraynadakı döyüşlər diktə edib, lakin Albaniyanın münaqişəyə cəlb olunması təhlükəsinin olmadığını vurğulayıb.

Qeyd olunur ki, Türkiyə pilotsuz təyyarələri döyüş funksiyasından əlavə, meşə yanğınlarını, daşqınları izləmək və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün istifadə olunacaq.

Qurğuların özündən əlavə, Bayraktarların alınması üçün müqaviləyə Kutsova aviabazasında Albaniya silahlı qüvvələrinin 30 əməkdaşına pilotsuz təyyarələrlə işləmək üçün təlim keçmək daxildir.