Alimlər antibiotikə davamlı bakteriyanı dərmansız məhv etməyin yolunu tapıblar

13:20 06.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Danimarka alimləri dərmanlara qarşı davamlı bakteriyanı antibiotiksiz məhv etməyin yolunu tapıblar.

Hafta.az-ın "Science Alert"ə istinadən yazdığına görə, latınca adı Staphylococcus aureus olan bakteriya adətən yuxarı tənəffüs yollarında və dəridə olur. Xəstəxana mühitində asanlıqla çoxalan bu bakteriya dəri xərçəngi xəstələri başda olmaqla xəstəxanada müalicə alan bir çox insanı təhdid edir.

Kopenhagen Universitetinin tədqiqatçıları bakteriyaları yoluxduran viruslar tərəfindən istehsal olunan fermentin süni versiyasını yaradıblar. "Endolizin" adlanan bu ferment infeksiyadan sonra bakteriyaların hüceyrə divarında şəbəkəyəbənzər strukturlar əmələ gətirən peptidoqlikan molekullarını parçalayır və bakteriyaları içəridən məhv edir. Daha sonra dəri lenfoması xəstələrinin biopsiya nümunələrində aşkar edilən Staphylococcus aureus bakteriyalarını məhv etmək üçün istifadə edilib.

Bu ferment Staphylococcus aureusun divarına nüfuz etmək üçün hazırlanıb. Beləliklə, zərərli patogenləri hədəf alaraq və öldürərkən, zərərsiz dəri bakteriyalarını toxunulmaz buraxıb. In vitro analizi göstərib ki, endolizinlər dəri nümunələrində yalnız Staphylococcus aureusu məhv etmir, həm də bu bakteriyaların xərçəngin böyüməsini təşviq etmək qabiliyyətinə maneə törədir.
"Dəri limfoması ilə ağır xəstə olan insanlar üçün bakteriyalar bəzən çözülməmiş problem ola bilər, çünki onların çoxu antibiotiklərə davamlı olan qızılı Staphylococcus ştammı ilə yoluxub", - immunoloq Niels Odum bildirib.

"Buna görə də hər kəsə antibiotik verməməyə diqqət edirik, çünki daha davamlı bakteriyalarla mübarizə aparmaq istəmirik. Buna görə də bu infeksiyaları müalicə etmək və heç olmasa qarşısını almaq üçün yeni yollar tapmaq vacibdir", - deyə Odum əlavə edib.

S. aureus əslində təbii olaraq insan dərisində və tənəffüs yollarında olur. Adətən zərərsiz olsa da, immun sistemi zəiflədikdə, kiçik dəri infeksiyalarından tutmuş pnevmoniya kimi təhlükəli xəstəliklərə qədər bir sıra infeksiyalara səbəb ola bilər.

Dərmana davamlı bakteriya ştammları xüsusilə xəstəxana şəraitində ciddi və artan problemdir. Məsələn, S.aureus əməliyyat zamanı qan dövranına daxil olaraq və ya kateter kimi tibbi cihazlar vasitəsilə bədənin ilk müdafiə xətti olan dəri və selikli qişa baryerlərinə nüfuz edə bilir.
Kimyaterapiya kimi müntəzəm müalicələr üçün xəstəxanalara müraciət edən zəifləmiş immun sistemi olan insanlar, əsas antibiotiklərə davamlı hala gələn bu bakteriyalardan risk altındadırlar.
Bakteriyalar antibiotiklərə qarşı müqaviməti yeni dərmanların kəşf və inkişaf etdirilməsindən daha tez inkişaf etdirir. Buna görə də alimlər antibiotiklərdən başqa bakteriyalarla mübarizə üsullarına diqqət yetirirlər.