Alimlər müəyyən ediblər ki, dəniz məhsulları ilə zəngin pəhriz "əbədi kimyəvi maddələr" olaraq da bilinən perftorlu və poliftorlu alkil maddələrinə (PFAS) məruz qalmağı artırır.
Hafta.az-ın “Science Daily”a istinadən yazdığına görə, ABŞ-ın Darthmouth Universitetinin tədqiqatçıları tədqiqatda dəniz məhsullarının ən çox istehlak edildiyi Nyu-Hempşir və Yeni İngiltərə əyalətlərinin məlumatlarından yararlanıblar.
Aprelin 12-də “Exposure and Health” elmi jurnalında dərc edilən araşdırmada ağbalıq, xərçəng, qızılbalıq, karides və ton balığı kimi tez-tez istehlak edilən dəniz məhsullarında PFAS nisbətləri araşdırılıb.
Tədqiqat ən çox PFAS-ın karides və xərçəngdə tapıldığını bildirib.
Tapıntılara görə, bir qram karides ətində 1,74 nanoqram PFAS var. Lobsterdə bu rəqəm 3,30 nanoqrama çatır.
PFAS-ların ətraf mühitdə çox yaygın olduğuna diqqət çəkən elm adamları, bu zərərli maddələrin dəniz məhsullarına haradan və necə daxil olduğunu dəqiq müəyyənləşdirə bilmədiklərini deyiblər.
Tədqiqatın aparıcı müəllifi Katrin Krauford, PFAS riskinə diqqət çəkib və "dəniz məhsullarının həddindən artıq istehlakı olmadan balanslaşdırılmış bir pəhriz istehlak edilməlidir" deyib.
Bir çox fərqli malın istehsalında istifadə edilən və 4700-ə yaxın müxtəlif kimyəvi maddə ehtiva edən PFAS, qaraciyərin zədələnməsi ilə yanaşı, qalxanabənzər vəz, piylənmə və xərçəng kimi xəstəliklərə də səbəb ola bilər.