Allahşükür Paşazadə ABŞ-yə gedir

16:31 30.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.

QMİ-dən hafta.az-a verilən məlumata görə İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri A.Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

ABŞ-a səfəri çərçivəsində Şeyxülislam A.Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur. QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və b. ilə görüşləri planlaşdırılır.