Yazını böyüt
Yazını kiçilt
Almaniyanın vitse-kansleri Robert Habek deyib ki, Almaniya istehsalı olan Leopard 1 və Leopard 2 döyüş tanklarının Ukraynaya çatdırılması “çox gec” olub, çünki Rusiyanın gözlənilən hücumuna qədər vaxt daralır.
"Tanklar göndərmək qərarına gəldikdə, biz əlimizdən gələni edirik" deyib "Die Zeit" qəzetinə.
O, əlavə edib ki, Almaniya Ukraynanın rus işğalçılarına qarşı müharibədə ehtiyac duyduğu hərbi təyyarələrin göndərilməsi ilə bağlı müzakirələrə hazır deyil. Almaniya bu kontekstdə ən çox xatırlanan Amerika F-16 döyüş təyyarələrinin heç birinə sahib deyil.