Almaniya Yaponiyanı keçərək dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək

15:38 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Növbəti beş il ərzində Almaniya ümumi daxili məhsulun (ÜDM) həcminə görə Yaponiyanı keçəcək və dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək. Hafta.az “Dai-ichi Life” sığorta şirkətinin tədqiqat institutunun ekspertlərinin hesablamalarına istinadən xəbər verir ki, buna Yaponiyada iqtisadi artımın aşağı tempi və yeninin dollara nisbətdə aşağı məzənnəsi kömək edəcək.

“2022-ci ilə kimi, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Yaponiyanın ÜDM-i 4,3 trilyon dolları ötüb. Almaniyada isə 6,7% az olub. 2023-cü ildə mövcud tendensiyalar davam edərsə, fərq 6%-ə qədər azalacaq və çox güman ki, növbəti beş il ərzində yox olacaq”, - məqalədə deyilir.
2010-cu ilə qədər Yaponiya nominal ÜDM-in həcminə görə ABŞ-dan sonra ikinci yerdə idi. Lakin iqtisadi artımın yüksək templəri sayəsində Çin Tokionu bu mövqedən sıxışdırıb çıxara bildi. 2028-ci ilə qədər Yaponiya ilk üçlükdən düşərək dördüncü mövqeyə keçə bilər.