AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib

13:10 07.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən hafta.az-a verilən məlumata görə, yanvarın 7-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 909,1 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.