Amerikadan Şuşanın kəndlərindəki ermənilərə “yardım gəldi” - FOTO

15:55 23.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Los-Ancelesdə yaşayan  “Kesab” təhsil birliyi, Azərbaycan Respublikası  Şuşa rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində olan Sarıbaba(yaxud Salatınkənd) kəndində məskunlaşmış 8 erməni ailəsinə “yardım” göndərib.

Hafta.az xəbər verir ki, bu  haqda  erməni nəşrlərinə Xankəndində Kremlin himayəsində bəslənən separatçı-terrorçu rejimin üzdəniraq başçısının “diaspor məsələləri üzrə müşaviri” Azatuhi Simonyan məlumat çatdırıb. 

Amerikadan göndərilmiş maliyyə hesabına Sarıbaba kəndində məskunlaşdırılmış 8 hayk ailəsinin hər birinə  2 qoyun hədiyyə edilib. Bundan əlavə,  amerikalı hayklar  Sarıbaba kəndi ilə yanaşı, Şuşa rayonunun digər 3 məntəqəsindəki(Turşsu qəsəbəsi, Kiçik və Böyük Qaladərəsi kəndləri) ermənilərə də 6 qutu paltar bağışlayıblar.

Siyasət rubrikasından digər xəbərlər