Ana 1 yaşlı oğlunu öldürmək istədi - AZƏRBAYCANDA

13:06 08.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda dəhşətli hadisə baş verib. 

Rayonun Rəstəcə kənd sakini Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib.

Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi “Amitriptilin” dərmanını uşağa verərək qəsdən onu zəhərləyib. 

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

lent.az